Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Tovuz şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

24 Oktyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Tovuz şəhərində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla 27 oktyabr 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 03 noyabr tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri Əzizbəyov küçəsi 1) keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) xahiş olunur.