Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov oktyabr ayının 27-də Tovuz şəhərində vətəndaşlarla görüşəcək
21 Oktyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 27 oktyabr 2016-cı il tarixində saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri Əzizbəyov küçəsi 1) Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) xahiş olunur.