Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Oktyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 100-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2015-ci il oktyabrın 10-da 445 sm), Salyanda 255 sm (2015-ci il oktyabrın 10-da 262 sm), Bankədə 213 sm (2015-ci il oktyabrın 10-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2015-ci il oktyabrın 10-da 160 sm) təşkil edir.