Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
07 Oktyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 123 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2015-ci il oktyabrın 07-də 394 sm), Salyanda 301 sm (2015-ci il oktyabrın 07-də 124 sm), Bankədə 233 sm (2015-ci il oktyabrın 07-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2015-ci il oktyabrın 07-də 110 sm) təşkil edir.