Oktyabr ayına olan hava proqnozu
30 Sentyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 1-3, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 9-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 6-9, gündüzlər 19-24, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 6-8, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.