Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Sentyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Respublikanın əksər çaylarında sululuq artmış və Girdimançay çayından qısamüddətli daşqın keçmişdir. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-270, Kiçik Qafqaz çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 96 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 43 m3/s təşkil edərək ongünlük normanın 45 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 23, Salyanda 4,  Bankədə 8 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 22 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 498 (2015-ci il sentyabrın 30-da 320 sm), Salyanda 329  (2015-ci il sentyabrın 30-da 130 sm), Bankədə 249 (2015-ci il sentyabrın 30-da 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (2015-ci il sentyabrın 30-da 33 sm) təşkil edir.