Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov sentyabr ayının 28-də Gədəbəy şəhərində vətəndaşlarla görüşəcək
20 Sentyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 28 sentyabr 2016-cı il tarixində saat 10:00-da Gədəbəy şəhərində yerləşən Gədəbəy Mədəniyyət Mərkəzində (ünvan: Gədəbəy şəhəri Heydər Əliyev prospekti) Gədəbəy, Gəncə, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Gədəbəy şəhəri, Xəlil Haqverdiyev küçəsi) müraciət etmələri (əlaqə telefonları: 022-326-48-41, 050-522-05-89, 055-305-90-99) xahiş olunur.