Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Sentyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-150 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

 

Sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 27, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 52 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm (2015-ci il sentyabrın 19-da 333 sm), Salyanda 262 sm (2015-ci il sentyabrın 19-da 123 sm), Bankədə 208 sm (2015-ci il sentyabrın 19-da 164 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2015-ci il sentyabrın 19-da 58 sm) təşkil edir.