Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Sentyabr 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 120-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

 Sentyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 23 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 40 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma, Salyanda 5, Bankədə isə 8 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399 sm (2015-ci il sentyabrın 16-da 320 sm), Salyanda 242 sm (2015-ci il sentyabrın 16-da 100 sm), Bankədə 205 sm (2015-ci il sentyabrın 16-da 165 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2015-ci il sentyabrın 16-da 39 sm) təşkil edir.