Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
05 Sentyabr 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 115-135, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 118 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Salyanda 15 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 48 sm artım müşahidə edilib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473 sm (2015-ci il sentyabrın 05-də 331 sm), Salyanda 230 sm (2015-ci il sentyabrın 05-də 135 sm), Bankədə 209 sm (2015-ci il sentyabrın 05-də 159 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il sentyabrın 05-də 76 sm) təşkil edir.