Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Avqust 2016, 00:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 143 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 138 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda  3 sm artım qeydə alınıb,  Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 sm (2015-ci il avqustun 29-da 360 sm), Salyanda 147 sm (2015-ci il avqustun 29-da 116 sm), Bankədə 179 sm (2015-ci il avqustun 29-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il avqustun  29-da 78 sm) təşkil edir.