Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ağdaş şəhərində vətəndaşları qəbul edib

26 Avqust 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 26 avqust  2016-cı il tarixində Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan 40-a yaxın vətəndaşı qəbul edib.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.