Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Avqust 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 40-70 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 92 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə  olunub. Hazırda məntəqədə su sərfi 38  m3/s olmaqla, ongünlük normanın 57 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 15,5 m3/s olmaqla, ongünlük normanın 23 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 10, Bankədə 4 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2015-ci il avqustun 19-da 333 sm), Salyanda 140 sm (2015-ci il avqustun 19-da 107 sm), Bankədə 184 sm (2015-ci il avqustun 19-da 170 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2015-ci il avqustun 19-da 45 sm) təşkil edir.