Xəbərlər

Yanğının söndürülməsi üçün tədbirlər görülür

18 Avqust 2016, 00:00

18 avqust 2016-cı il tarixində saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.