Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov avqust ayının 26-da Ağdaş şəhərində vətəndaşlarla görüşəcək
16 Avqust 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 26 avqust 2016-cı il tarixində saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Ağdaş şəhəri, Heydər Əliyev Prospekti 1) müraciət etmələri (əlaqə telefonları: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) xahiş olunur.