Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Avqust 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 40-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 22 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 75 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 12,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edib.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 2, Bankədə 12 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370sm (2015-ci il avqustun 15-də 332 sm), Salyanda 147 sm (2015-ci il avqustun 15-də 97 sm), Bankədə 193sm (2015-ci il avqustun 15-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2015-ci il avqustun 15-də 46 sm) təşkil edir.