İsti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq
11 Avqust 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə ölkə ərazisində isti hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında
Avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq
Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən yüksək isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil