Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 İyul 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 48 m3/s olmaqla ongünlük normanın 31 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 44 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3 sm azalma, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 354 sm (2015-ci il iyulun 22-də 366 sm), Salyanda 127 sm (2015-ci il iyulun 22-də 123 sm), Bankədə 189 sm (2015-ci il iyulun 22-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il iyulun 22-də 83 sm) təşkil edir.