Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 İyul 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-50 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 73 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm azalma qeydə alınıb, Salyanda, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2015-ci il iyulun 18-də 339 sm), Salyanda 120 sm (2015-ci il iyulun 18-də 100 sm), Bankədə 185 sm (2015-ci il iyulun 18-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyulun 18-də 60 sm) təşkil edir.