Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 İyul 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 225 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 213 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda, Surrada, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2015-ci il iyulun 01-də 329 sm), Salyanda 98 sm (2015-ci il iyulun 01-də 80 sm), Bankədə 179 sm (2015-ci il iyulun 01-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyulun 01-də 48 sm) təşkil edir.