Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 213 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 41 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 5, Bankədə 6 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2015-ci il iyunun 28-də 322 sm), Salyanda 95 sm (2015-ci il iyunun 28-də 70 sm), Bankədə 179 sm (2015-ci il iyunun 28-də 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 44 sm (2015-ci il iyunun 28-də 43 sm) təşkil edir.