Meşələrin yanğından mühafizə olunması ilə əlaqədar tədbir keçirilib
24 İyun 2016, 00:00
24 iyun 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində yerləşən Mədəniyyət Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar müşavirə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran yerli icra hakimiyyətləriorqanları və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələr, kənd təsərrüfatı idarələri və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri və meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, təqdimatlar nümayiş etdirilib.
Tədbirin sonunda meşə əraziləri ilə həmsərhəd olan kəndlərin ərazi icra nümayəndəliklərinin, bələdiyyə əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələri ilə birgə qarşılıqlı fikir mübadiləsi aparılıb.