Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 35-45, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 285 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 220 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86,5 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Salyanda 25, Bankədə isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2015-ci il iyunun 24-də 320 sm), Salyanda 100 sm (2015-ci il iyunun 24-də 78 sm), Bankədə 181 sm (2015-ci il iyunun 24-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyunun 24-də 38 sm) təşkil edir.