Xəbərlər

Multikulturalizm ənənələrinin qorunması və multikulturalizmin inkişafı mövzusunda tədbir keçirilib

23 İyun 2016, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli “2016-cı ilin Multikulturalizm ili” elan edilməsinə dair Sərəncamının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif tədbirlər həyata keçirilir.

22 iyun 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun və Nazirliyin əməkdaşlarının iştirakı ilə “Multikulturalizm ənənələrinin qorunması və multikulturalizmin inkişafı” mövzusunda görüş keçirilib.

Tədbirdə son illər ərzində Azərbaycanda multikulturalizmlə bağlı baş verən hadisələrdən və bunun önəmliliyindən, sivilizasiyalararası münasibətlərin sülh, əmin-amanlıq, qarşılıqlı dialoq şəraitində formalaşmasından, vətəndaşlar arasında multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsindən, milli siyasətin tolerantlıq prinsiplərinə sadiq qalmağı və bu siyasətin başqa dövlətlərə nümunə ola biləcəyindən, Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından və bunun üçün zəruri olan siyasi və sosial şəraitin mövcudluğundan söz açılıb.

Sonda tədbir iştirakçıları tərəfindən mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.