Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində Böyük Qafqazın cənub yamacına yağan intensiv yağış nəticəsində ərazidən axan əksər çaylarda sululuğun artımı müşahidə olunub. Belə ki, iyun ayının 13-də Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsində 65 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-70, Kiçik Qafqazın çaylarında 70-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-120 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 593 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 355 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 394 m3/s olmaqla, ongünlük normanın 233 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 154 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19, Salyanda 13, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Bankədə isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2015-ci il iyunun 13-də 320 sm), Salyanda 161 sm (2015-ci il iyunun 13-də 110 sm), Bankədə 195 sm (2015-ci il iyunun 13-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2015-ci il iyunun 13-də 29 sm) təşkil edir.