Xəbərlər

İyunun 09-u gündüzdən 10-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti

10 İyun 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56,  Lənkəran-Astara zonasında 1-22,  Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.

İyunun 09-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri  18 mm olan dolu düşüb.