Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun bir qədər artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 280 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 320 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Salyanda 4, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2015-ci il iyunun 06-da 356 sm), Salyanda 130 sm (2015-ci il iyunun 06-da 140 sm), Bankədə 182 sm (2015-ci il iyunun 06-da 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2015-ci il iyunun 06-da 100 sm) təşkil edir.