Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ağsu şəhərində vətəndaşları qəbul edib
03 İyun 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 03 iyun 2016-cı il tarixində Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan 40-a yaxın vətəndaşı qəbul edib.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.