Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 May 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 345 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 485 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 170 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 194 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Salyanda 11 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 372 sm (2015-ci il mayın 23-də 437 sm), Salyanda 188 sm (2015-ci il mayın 23-də 275 sm), Bankədə 182 sm (2015-ci il mayın 23-də 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2015-ci il mayın 23-də 215 sm) təşkil edir.