Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 May 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-75, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 314 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 637 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 360 m3/s təşkil edərək ongünlük normanın 177 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 8, Bankədə 6 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2015-ci il mayın 16-da 492 sm), Salyanda 243 sm (2015-ci il mayın 16-da 253 sm), Bankədə 193 sm (2015-ci il mayın 16-da 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2015-ci il mayın 16-da 250 sm) təşkil edir.