Xəbərlər

Milli Parka gəzintiyə gəlmiş turistlərdən biri ürək tutmasından dünyasını dəyişib

14 May 2016, 00:00

14 may 2015-ci il tarixində saat 16 radələrində Göy-göl Milli Parkının ərazisinə ziyarətə gələn turistlərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib. 

Belə ki, ailəsi ilə birgə Milli Parka ziyarətə gəlmiş Cavad Rüstəm oğlu Rüstəmovun, parkın ərazisinə daxil olduqdan təxminən 10 dəqiqə sonra, gəzinti zamanı qəfildən halı pisləşib. Ona Milli parkın əməkdaşları tərəfindən ilkin yardım göstərilib və dərhal təcili tibbi yardım maşını çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər həmin şəxsin ürək tutmasından dünyasını dəyişməsi faktını təsdiqləyib.

Baş vermiş bədbəxt hadisə ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən rayon polis şöbəsinə və prokurorluğa məlumat verilib.