Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 May 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 410 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 620 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 248 m3/s təşkil edərək ongünlük normanın 125 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 18, Bankədə 10 sm artım, Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm (2015-ci il mayın 06-da 322 sm), Salyanda 250 sm (2015-ci il mayın 06-də 105 sm), Bankədə 215 sm (2015-ci il mayın 06-da 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 154 sm (2015-ci il mayın 06-da 45 sm) təşkil edir.