Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Aprel 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-70 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 43 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 470 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 480 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 180 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2015-ci il aprelin 29-da 436 sm), Şirvanda 255 sm (2015-ci il aprelin 29-da 309 sm), Salyanda 209 sm (2015-ci il  aprelin 29-da 217 sm), Bankədə 185 sm (2015-ci il aprelin 29-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2015-ci il aprelin 29-da 175 sm) təşkil edir.