22 aprel-Beynəlxalq Yer günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir
20 Aprel 2016, 00:00
22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
19 aprel 2016-cı il tarixində Nazirlikdə Bakı Dövlət, Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat Universitetlərinin 60-dan artıq tələbəsi ilə “Ətraf mühitin mühafizəsi sahəsində Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliği” movzusunda dəyirmi masa keçirilib. 20 aprel 2016-cı il tarixində isə Bakı Dövlət Universitetində 150-dən çox tələbənin iştirakı ilə seminar təşkil olunub.
Tələbələrə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Beynəlxalq Yer günü ilə əlaqədar respublikanın orta və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ETSN tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.