Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov aprel ayının 29-da Horadiz şəhərində vətəndaşlarla görüşəcək

20 Aprel 2016, 00:00

   Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 29 aprel 2016-cı il tarixində saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Horadiz şəhəri H.Əliyev prospekti) Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

  Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 15 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri (əlaqə telefonları: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) xahiş olunur.