Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
18 Aprel 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 80-105, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 403 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 268 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 132 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Şirvanda 28, Salyanda 16, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 40 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 479 sm (2015-ci il aprelin 18-də 476 sm), Şirvanda 331 sm (2015-ci il aprelin 18-də 263 sm), Salyanda 241 sm (2015-ci il aprelin 18-də 205 sm), Bankədə 205 sm (2015-ci il aprelin 18-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il aprelin 18-də 243 sm) təşkil edir.