Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Aprel 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-70 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 270 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 248 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 20 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 92 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 22, Şirvanda 12, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2015-ci il aprelin 01-də 384 sm), Şirvanda  291 sm (2015-ci il aprelin 01-də 235 sm), Salyanda  223 sm (2015-ci il  aprelin 01-də 180 sm), Bankədə 203 sm (2015-ci il aprelin 01-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2015-ci il aprelin 01-də 120 sm) təşkil edir.