Martın 29-u gündüzdən 30-u səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti
30 Mart 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi martın 30-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-24, Böyük Qafqazda 3-32, Mərkəzi Aran rayonlarında 5-15, Lənkəran-Astara zonasında 1-4, Naxçıvan MR-da 1-2, Kiçik Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-8 mm təşkil edib.