Xəbərlər

Dekabrın 11-i axşamdan 12-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava (YENİLƏNİB)

12 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçmiş, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olmuş, əksər rayonlarda yağış, sulu qar, qar yağmış, bəzi yerlərdə intensiv olmuşdur.
Qar örtüyünün hündürlüyü: Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23, Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13, Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5, Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ, Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm olmuşdur.
Dekabrın 12-də günorta saatlarında Quba rayonunun dağlıq rayonlarında yağan qarın hündürlüyü 50 sm-ə çatmışdır.
Külək:
Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatmışdır.

Dekabrın 12-də, axşam saat 16 radələrində Quba rayonunun Qonaqkənd və Xaltan kəndlərində qar örtüyünün hündürlüyü 65-75 sm-ə çatmışdır.