Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Mart 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-160, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Martın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 242 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 217 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 103 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 92 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankədə 2,  Araz çayının Novruzlu məntəqəsində 20 sm artım, Şirvanda 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 451 sm (2015-ci il martın 18-də 345 sm), Şirvanda 265 sm (2015-ci il martın 18-də 211 sm), Salyanda 214 sm (2015-ci il  martın 18-də 177 sm), Bankədə 197 sm (2015-ci il martın 18-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2015-ci il martın 18-də 100 sm) təşkil edir.