Xəbərlər

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq

14 Mart 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında  martın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Martın 14-ü axşamdan 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Martın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.