Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 Mart 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 190 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 74 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra, Şirvan, Bankə məntəqələri və Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2015-ci il martın 14-də 368 sm), Şirvanda 291 sm (2015-ci il martın 14-də 251 sm), Salyanda 222 sm (2015-ci il martın 14-də 207 sm), Bankədə 189 sm (2015-ci il martın 14-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 124 sm (2015-ci il martın 14-də 130 sm) təşkil edir.