Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Mart 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 245 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 171 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 74 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 6, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Salyanda isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 429 sm (2015-ci il martın 11-də 396 sm), Şirvanda 291 sm (2015-ci il martın 11-də 269 sm), Salyanda 226 sm (2015-ci il martın 11-də 237 sm), Bankədə 198 sm (2015-ci il martın 11-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2015-ci il martın 11-də 140 sm) təşkil edir.