Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Siyəzən şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

09 Mart 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Siyəzən şəhərində Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlarla 11 mart 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 16 mart tarixinə dəyişdirilib. Görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.