Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov mart ayının 11-də Siyəzən şəhərində vətəndaşlarla görüşəcək

02 Mart 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 11 mart 2016-cı il tarixində saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.