Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Fevral 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 200-210, Kiçik Qafqazın çaylarında 280-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-90 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 255 m3/s olmaqla ongünlük normanın 131 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 98 m3/s olmaqla, ongünlük normanın 128 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm (2015-ci il fevralın 29-da 402 sm), Şirvanda 335 sm (2015-ci il fevralın 29-da 281 sm), Salyanda  284 sm (2015-ci il  fevralın 29-da 265 sm), Bankədə 217 sm (2015-ci il fevralın 29-da 216 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2015-ci il fevralın 29-da 164 sm) təşkil edir.