Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 Fevral 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-240, Kiçik Qafqazın çaylarında 330-380, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-230 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olumayıb. Hazırda məntəqədə su sərfi 166 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 110 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb, Salyanda və Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 448 sm (2015-ci il fevralın 26-da 401 sm), Şirvanda 329 sm (2015-ci il fevralın 26-da 291 sm), Salyanda 275 sm (2015-ci il fevralın 26-da 239 sm), Bankədə 219 sm (2015-ci il fevralın 26-da 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2015-ci il fevralın 26-da 156 sm) təşkil edir.