Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Fevral 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 180-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 200-300 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 145 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 122 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 61 m3/s təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Salyanda 5, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2015-ci il fevralın 19-da 353 sm), Şirvanda 303 sm (2015-ci il fevralın 19-da 225 sm), Salyanda 259 sm (2015-ci il fevralın 19-da 174 sm), Bankədə 214 sm (2015-ci il fevralın 19-da 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 151 sm (2015-ci il fevralın 19-da 99 sm) təşkil edir.