Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov fevral ayının 25-də Neftçala şəhərində vətəndaşlarla görüşəcək
16 Fevral 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 25 fevral 2016-cı il tarixində saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri H.Əliyev prospekti 34) Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına müraciət etmələri (ünvan: Salyan rayonu Yenikənd kəndi, əlaqə telefonları: 050-332-42-01, 055-455-36-03) xahiş olunur.