Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Fevral 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 180-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-200 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 83 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 11, Bankədə 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 431 sm (2015-ci il fevralın 15-də 354 sm), Şirvanda 309 sm (2015-ci il fevralın 15-də 189 sm), Salyanda 260 sm (2015-ci il fevralın 15-də 130 sm), Bankədə 205 sm (2015-ci il fevralın 15-də 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 164 sm (2015-ci il fevralın 15-də 105 sm) təşkil edir.